Əlaqə Arxiv
news Image
2016.05.10
17:10
| A A A
ADNSU-da Azİİ-İT Akademiyaları açıldı

Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azİİ-İT Akademiyalarının rəsmi açılışı olub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə təsadüf edən açılış mərasimində rektor, professor Mustafa Babanlı professor-müəllim heyəti, tələbələr, eləcə də qonaqlar - Təhsil Nazirlyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbəri Elçin Zeynalov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rektor, mərasimin ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə təsadüf etməsini xüsusi vurğu ilə qeyd edib. O, ADNSU-da Azİİ-İT Akademiyalarının yaradılmasını ulu öndərin qeyri-neft sektorunun və təhsil sisteminin inkişafı istiqamətində başladığı strategiyanın uğurlu davamı kimi dəyərləndirib. Rektor eləcə də aprel ayının əvvəlində erməni təxribatına layiqli cavab verərkən şəhadət qazanmış Şəhidlərimizin 40 mərasiminin keçirildiyini vurğulayıb. Bu tarixlərə nəzər salaraq, Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Akademiyaların yaradılması ilə bağlı fikirlərini bildirən M.Babanlı əsas məqsədin innovativ texnologiyaların təhsilə gətirilməsindən ibarət olduğunu deyib. Eyni zamanda burada tələbələrin biliklərinin inkişaf etdirilməsi və beynəlxalq sertifikatla təmin edilməklə əlavə imkanların yaradılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, akademiyalara bütün fakültələrdən axın var. Təlimlərdə iştirak edən ən yaxşı tələbələrə sertifikatlar veriləcək. Sertifikat alan tələbə informasiya texnologiyaları bazarı üçün tam yetişmiş bir mütəxəssis olacaq. Qeyd olunub ki, 2015-2016-cı tədris ilinin başlanğıcından uniersitetdə Oracle Academy, Cisco Academy və Mikrosoft Academyları qeydiyyatdan keçib. Tələbələr akademiyalara cəlb olunaraq təlimlər keçirlər. İlk dəfə olaraq cari smestrdən tələbələrin seçim üsulu ilə akademiya proqramları çərçivəsində təlimlərdə iştirakı təmin olunacaq. Akademiyalar reallaşdırılacaq təlimlər AİST Grup şirkətinin beynəlxalq sertifikatlı mütəxəssislərinin iştirakı ilə həyta keçiriləcək. Təlim materiallarından asılı olaraq təlimlər 8, 12, 16, və 24 dərsi əhatə edir. 120 tələbənin iştirak etdiyi təlimlər 2-ci smestrdən başlayır və və cari təlimlər iyun ayının sonuna qədər davam edəcək. Qeyd olunan təlimlər tələbələrdə fundamental biliklərin formalaşdırılması üçün nəzərdə tutulub. Növbəti tədris ilindən cari təlimləri keçmiş tələbələr üçün daha yuxarı səviyyəli təlimlər təşkil ediləcək. Tələbələrin universitet dərsləri ilə bağlı öhdəliklərini tam icra edə bilmələri məqsədilə təlimlərin əksəriyyəti şənbə günləri keçirilir. Lakin tələbələr laboratoriya işlərini icra etmək üçün boş vaxtlarında Azİİ-İT Club mərkəzindən faydalana biləcəklər. Eyni zamanda tələbələrin boş vaxtlarında texniki ədəbiyyatlardan faydalanması məqsədilə artıq texniki ədəbiyyatların toplanmasına başlanılıb". Tədbirdə çıxış edən Y.Piriyev İT Akademiyaların fəaliyyətinə uğurlar diləyib. Bildirib ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsildə yeni mühitin yaradılması, mühəndislik üzrə ixtisaslaşan tələbələrin İT üzrə sertifikatlaşması bu günün tələbidir. İşlə təmin olunma faizinə görə ADNSU-nun təhsil müəssisələri arasında ilk pillələrdə dayandığını qeyd edən Y.Piriyev Azİİ-İT klubunun açılışından sonra faiz gözstəricisinin daha da inkişaf edəcəyini vurğulayıb. E.Zeynalov, eləcə də Elnur Məcidov İT Akademiylarının yaranmasını təhsildən biznesə atılan müsbət addımlardan biri kimi dəyərləndirməklə, bunu ADNSU-nun uğuru, ölkə iqtisadiyyatına töhfə olacaq layihələrdən sayıblar. Tədbir Azİİ-İT klubun açılış mərasimi ilə davam edib. 

ADNSU Mətbuat Xidməti

Sizin Reklam Yeriniz