news Image
2016.05.11
11:40
| A A A
Səbaildə növbəti ağacəkmə aksiyası keçirilib (FOTO)

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş tədbirlər paytaxtımızın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir. Əlamətdar gün ərəfəsində rayonda keçirilən silsilə tədbirlər çərçivəsində ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmış, yeni ağaclar əkilmişdir.


Bununla əlaqədar son ay ərzində həftənin şənbə və bazar günlərində rayonun müxtəlif yaşayış sahələrində, o cümlədən "Şıx" ərazisində, 50 ha sahədəki dağ massivində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən salinan "Ekoloji park"ın ərazisində ağacəkmə aksiyaları keçirilib.


Səbail Rayon İcra Hakimiyyətindən Movqe.az-a verilən məlumata görə, Ulu öndərin doğum gününə həsr olumuş növbəti genişmiqyaslı ağacəkmə aksiyası "Şıx" ərazisindəki yamacda salınan "Ekoloji park"ın ərazisində rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilib.


Yamacda salinan parkın ərazisində son 1 ayda keçirilən ağacəkmə aksiyalarında kəskin dağ yamacı, böyük maillik olan ərazidə buranın landşafına və yerli iqlimə uyğun 20 min yeni Eldar şamı, oleandr və digər ağaclar əkilib.


Keçirilən aksiya zamanı həmin gün ərzində 5 min ədad qeni ağac əkilmiş, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir. Ümumilikdə isə Ölkə başçısının tapşiriqlarına əsasən salınan "Ekoloji park"da ilin əvvəlidndən etibarən əkilən ağacların sayı 80 minə şatıb.


Eyni zamanda Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında rayon ictimaiyyəti nümayəndələri və ayrı-ayrı istedadlı gənclər tərəfindən özlərinin bacarıq və istəklərinə uyğun gül və gül-kol bitkiləri əkilib, gənclərin sərbəst qaydada öz fantaziyalarına uyğun müxtəlif kompozisiyalar hazırlanıb nümayiş etdirilib.


Mərkəzdəki "Sahıl bagı güllərdən yaradılan kompozisiyalarla başdan-başa bəzədilib, parkın bütün perimetri üzrə yeni çiçəklər əkilmiş, qazon örtüyü yenilənib, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılmış, parkdakı işıq dirəklərindən al-əlvan güllərdən ibarət dibçəklərlə bəzədilib. Təkcə "Sahil bağı"ndakı gül kompozisiyalarının yaradılmasına 50 min ədəd güldən istifadə olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs