Əlaqə Arxiv
news Image
2016.05.11
11:52
| A A A
Cəbhəyanı kəndlərdə təhsil alan şagirdlərə güzəşt ediləcək - FOTO

"Aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdiyi təxribatlar zamanı Ağdam rayonunda ziyan dəymiş orta məktəb binaları yenidən bərpa olunur".


Movqe.az bildirir ki, bunu report-a Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanov deyib. 


O qeyd edib ki, dağılan məktəblərdə dərslər dayandırılıb: "Ermənilərin ağır artilleriya qurğularından atdığı mərmilər rayonun dörd orta məktəb binasına ciddi ziyan vurub. Rayonun Sarıcalı, Ayaq Qərvənd kənd orta məktəbləri tamamilə dağılıb, digər iki məktəb binası isə qəzalı vəziyyətə düşüb. Məktəblərin daha çox dam örtüyünə ziyan dəyib. Hazırda həmin məktəblərdə dərslər dayandırılıb, şagirdlərin bir hissəsi digər kənd orta məktəblərinə köçürülüb".


Təhsil Şöbəsinin müdiri əlavə edib ki, cəbhəyanı kəndlərdə təhsil alan şagirdlərə buraxılış imtahanlarında güzəşt edilməsi nəzərdə tutulub: "Buraxılış imtahanları zamanı 9-10-cu sinif şagirdlərinə güzəşt olacaq. Həmin şagirdlərin buraxılış imtahanları onların ilk qiymətləri əsasında yazılacaq. Artıq bununla bağlı Təhsil Nazirliyinə müraciət olunub".

Sizin Reklam Yeriniz