Əlaqə Arxiv
news Image
2016.05.11
14:37
| A A A
Azərbaycan və Ermənistan hərbçilərinə cəbhədə yaradılan şəraitin arasındakı böyük fərq (FOTO)

Təqdim olunan foto materiallarda azad edilmiş ərazilərdə erməni əsgərlərinin 22 il ərzində "yaşayışı üçün" yaradılmış şərait əks olunub.


Movqe.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərifi "göylərə sığmayan Ermənistan ordusunun" necə acınacaqlı olduğunu bu fotolar açıq aydın göstərir.


Fərq müqayisədə daha aydın görünür. Amma təqdim edilən materiallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməz dərəcədədir.


Digər fotolarda isə aprel ayının əvvəlində işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait təqdim edilir.


Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün bu cür şərait yaradılıb.

Sizin Reklam Yeriniz