Əlaqə Arxiv
news Image
2016.05.12
13:00
| A A A
ADNSU-da “Mənim sevimli mühazirəm”

Aprel ayından başlayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Mənim sevimli mühazirəm" layihəsi həyata keçirilir. Rektor, professor Mustafa Babanlının təşəbbüsü və dəstəyi ilə gerçəkləşən bu layihəyə əsasən, fakültələr üzrə tələbələrə bir günlük müəllim olmaq şansı yaradılır. Tələbələr öz mühazirələrini keçilən fənnin işçi proqramına uyğun olaraq hazırlayıb təqdim edirlər. "Mənim sevimli mühazirəm" layihəsi tələbə qarşısında yeni bir məsuliyyət yükü qoymaqla yanaşı, dərs prosesində keçilən mövzunun mənimsənilməsini asanlaşdırmaq, gələcəyin ixtisaslı kadrlarının yetişdirilməsində katalizator rolunu oynayır. Tələbənin mühazirəsi kafedra müdirləri, ixtisas müəllimi tərəfindən izlənir. Ən yaxşı mühazirə müəllimlə yanaşı tələbələrin özləri tərəfindən seçilir və rektorun təqdimatına verilir. Qeyd edək ki, bəyənilən mühazirənin mükafatlandırılması nəzərdə tutulur. "Mənim sevimli mühazirəm" layihəsi eyni zamanda tələbələr arasında sağlam rəqabət, daha yaxşı oxumaqla yanaşı, öz biliklərini auditoriyaya düzgün çatdırmaq vərdişləri aşılayır. Kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə Üzvi maddələrin və yüksək malekulların birləşmələrin texnologiyası kafedrasında seçilən 5 mühazirə dinlənilib. 391.3 saylı qrupun tələbəsi Gülnar Mərdanova fənnin proqramına uyğun olraq çıxş edib. O, "Üzvi maddələr sintezinin nəzəri əsasları" fənni üzrə, Katalitik proseslər mövzusunda mühazirə deyib. Mühazirədə fənn müəllimi dosent Tamara Ayralova, dosent Tamilla Naibova iştirak ediblər. Kafedra müdiri, professor Fariz Əmirov da mühazrələri dinləyib. Qeyd edək ki, "Mənim sevimli mühazirəm" layihəsində eyni fənn üzrə tələbələr Əli Qasımov, Mikayıl Ələmdari, Lətafət Quluzadə, Gülnar Mərdanova və Xanımana Əliyeva mühazirə deyiblər. T.Ayralova bütün mühazirələrin ayrı-ayrılıqda maraqlı olduğunu, Əli Qasımovun mühazirəsinin isə tələbə və müəllimlər tərəfindən seçilərək rektorun təqdimatına verildiyini vurğulayıb. "Mənim sevimli muhazirəm" layihəsi Neft-mexanika fakültəsində də uğurla davam edir. Belə ki, Konstruksiya materiallarinin texnologiyasi fənnindən 425.4 qrup tələbəsi Cəlil Əliyevin mühazirəsi dinlənilib. Mühazirədə dekan Əlihikmət Əhmədov, dosent Ədilə Rəhimova, Masınqayirma və Materialşünaslıq kafedrasının müdiri Tahir Cabbarov istirak ediblər.


Sizin Reklam Yeriniz