news Image
2016.05.12
16:27
| A A A
Sabah Bakıda su qıtlığı olacaq

Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Bakının Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətləri yenilənir.


"Azərsu" ASC-ni Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, bununla əlaqədar mayın 13-də saat 08:00-dan etibarən gün ərzində Azadlıq prospekti və Cəfər Xəndan küçələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.


Xətai rayonu ərazisində magistral xətlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar mayın 13-də saat 09:00-dan etibarən gün ərzində Babək prospekti boyu ərazilərə - Keşlə, NZS və UPD yaşayış sahələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs