news Image
2016.05.12
16:32
| A A A
Korporativ idarəetməyə dair təlim keçirilib

Mayın 12-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı "Korporativ idarəetmə səviyyəsinin ölçülməsi mexanizmləri və nəticələri" mövzusunda təlim keçirilib.


Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.


Təlimdə çıxış edən İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov şirkətlərdə korporativ idarəetmənin qiymətləndirilməsinin əhəmiyyəti, qiymətləndirmə üsulları, həmçinin Azərbaycanda və beynəlxalq təcrübədə tətbiq olunan qiymətləndirmə metodları barədə məlumat veriblər, dövlət müəssisələrində korporativ idarəetmənin qiymətləndirilməsinin tətbiqinin vacibliyini diqqətə çatdırıblar və iştirakçıların suallarını cavablandırıblar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs