Əlaqə Arxiv
news Image
2012.04.20
14:35
| A A A
Azərbaycan rayonlarına təbii qazın verilməsi dayandırılıb
Dünən axşam saatlarından başlayaraq Azərbaycanın üç rayonuna təbii qazın verilməsində fasilələr olub. Belə ki, Ucar və Zərdab rayonlarının qazla təchiz olunan bütün yaşayış məntəqələri və Göyçay rayonunun bir hissəsinə təbii qazın verilişi dayandırılıb. Ağdaş Magistral sahəsinin baş mühəndisi Elşən Rəcəbovun bildirdiyinə görə Qazıməmməd - Qazax magistral qaz kəmərinin ikinci xəttində aparılan təmir - bərpa işləri ilə əlaqədar olaraq adlarını qeyd etdiyimiz üç rayona təbii qazın verilməsi dayandırılıb. Təmir – bərpa işlərinin bu gün saat 16:00-a qədər yekunlaşması nəzərdə tutulub. Təmir işləri başa çatdıqdan sonra hərüç rayona qazın verilişi bərpa olunacaq.
Nuranə Novruzova

Sizin Reklam Yeriniz