Əlaqə Arxiv
news Image
2016.05.12
18:00
| A A A
“Sığortalı təsərrüfat” adlı tədbir keçirilib

Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetində "Sığortalı təsərrüfat" layihəsi keçirilib.Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Gənclərə təcrübəli təlimçilər tərəfindən təsərrüfatlarını siğorta etdirməklə gələcəkdə baş verə biləcək hadisələr zamanı dövlətin iştirakını təmin etməklə dəyən itki və ziyanlara qarşı təminat əldə edə bilmələri və aqrar sahədə sığortanın stimullaşdırılmasını nəzərdə tutan təlim keçirilib.Layihəni açıq elan edən layihə rəhbəri Aqşin Abdullazadə layihənin yaranma ideyasından danışaraq maliyyə dəstəyi göstərən Azərbaycan Respublikası Prezident yanında Gənclər Fonduna öz minnətdarlığını bildirib və iştirak edən həvəskar gənclərə uğurlar arzulayıb. Təlimdə Azərbaycan Dövlət Aqrar Universitetinin və Gəncə şəhər YAP Gənclər Birliyinin sədri Turan Məmmədov sədri Turan Məmmədov iştirak edib. Turan Məmmədov son zamanlar ölkəmizdə kənd təsərrüfatı sahəsində dövlət dəstəyini aşılayan layihələrin tez-tez keçirilməsini qeyd edib və bu kimi layihələrin keçirilməsinin təşəbbüskarı gənclər olmasını təqdirə layiq hesab edərək, gənclərə uğurlar arzulayıb."Sığortalı təsərrüfat" layihəsinin sonunda gənclərə Sertifikatlar təqdim olunub və gənclərin bir qismi öz təssüratlarını paylaşmış, bu tip layihələrin daha çox olmasının arzuolunan olduğunu bildiriblər.

Sizin Reklam Yeriniz