news Image
2016.05.13
11:44
| A A A
Alkoqolizm və narkomaniyadan məcburi müalicəyə icra məmurları nəzarət edəcək

Azərbaycanda alkoqolizm və narkomaniyadan məcburi müalicə olunan şəxslərin müalicəsinə icra məmurları nəzarət edəcək. Milli Məclisdən Movqe.az-a verilən məlumata görə, bununla əlaqədar "İcra məmurları haqqında" qanuna əlavələrin edilməsi təklif edilir. Yeni layihəyə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət ediləcək. Layihə Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs