Əlaqə Arxiv
news Image
2016.05.13
13:45
| A A A
Azərbaycanda İİV-in ən çox yayıldığı şəhər və rayonlar

Azərbaycanda İİV-ə yoluxma faizinin ən yüksək olduğu ərazilərin adları açıqlanıb. Movqe.az xəbər verir ki, Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova deyib ki, Azərbaycanda İİV-ə yoluxan insanların 25 faizi Bakı və Abşeronunun, 75 faizi regionların payına düşür.  E.Alməmmədov qeyd edib ki, bəzi regionlarda faiz göstəricisi digərləri ilə müqayisədə daha yüksəkdir.Həmin yerlərin adlarını açıqlayan direktor əvəzi qeyd edib ki, İİV-ə yoluxmanın ən yüksək olduğu bölgələr Şirvan, Hacıqabul, Masallı, Astara, Lənkəran, Sumqayıt, Xızı, Yevlax, Mingəçevir və Göyçaydır.E.Alməmmədova qeyd edib ki, ötən il İİV-lə əlaqəli müayinə olunan 147 min hamilənin 47-də bu virusa yoluxma halı aşkar edilib.

Sizin Reklam Yeriniz