news Image
2016.05.13
15:40
| A A A
120 ölkədən Azərbaycana işləmək üçün gəldilər

Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı artır. Bunu virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqlər şöbəsinin rəhbəri Elman Babayev bildirib. E.Babayev deyib ki, Azərbaycanda əməkhaqqı alan və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin fərdi uçot sistemində qeydiyyata alınması onların gələcək sosial təminat və pensiya hüquqlarının formalaşmasına da imkan yaradır. "Bu ilin yanvar-aprelində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan xarici ölkə vətəndaşlarının sayı 2129 nəfər artaraq 29 994 nəfərə çatıb. Həmin şəxslərdən 89,1 faizi kişilər, digərləri qadınlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə sistemdə qeydiyyata alınan əcnəbilərin sayı 990 nəfər çoxalıb",-deyə E.Babayev əlavə edib.

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər sırasında Тürkiyə, Gürcüstan, Rusiya, Hindistan, İran, Çin, Banqladeş, Böyük Britaniya, Şimali İrlandiya Birləşmiş Krallığı, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşları daha çoxdurlar. Ümumilikdə, sistemin əhatə etdiyi xarici ölkə vətəndaşları 120-ə yaxın ölkəni təmsil edirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs