news Image
2016.05.13
18:10
| A A A
Dünyanın ən yaşlı qadını öldü

Ginnessin Rekordlar Kitabında adı olan dünyanın ən yaşlı qadını Suzanna Muşatt Cons Nyu-Yorkda 117 yaşında vəfat edib. Movqe.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, qadın Bruklindəki qocalar evində dünyasını dəyişib. Herontologiya üzrə mütəxəssis Robert Yanqın sözlərinə görə, son on gün ərzində Suzanna Muşatt Cons ağır xəstə idi. On bacı və qardaşı olan Cons 1899-cu ildə Alabama ştatında yerləşən fermalardan birində anadan olub. O, 2015-ci ildə 117 yaşlı yaponiyalı Misao Okava vəfat edəndən sonra dünyanın ən yaşlı qadını olub və adı Ginnessin Rekordlar Kitabına daxil edilib. İndi isə bu "titul" italiyalı Ema Moranoya keçib. Onun 116 yaşı var.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs