news Image
2016.05.13
16:00
| A A A
Bu dərman ilə toyuq normaldan 6 dəfə çox böyüyür

"Greenpeace", broyler şirkətlərindən 2020-ci ilə qədər bütün istehsal zəncirini sağlamlığa və ətraf mühitə zərər verməyəcək şəkildə yenidən təşkil edilməsini tələb edən bir hesabat hazırlayıb.


QARA QARAYEVDƏ İPOTEKA İLƏ MƏNZİL!


"Greenpeace"in hesabatında aşağıdakılar bildirilir:


-42 gündə ən çox 435 qram ola biləcək toyuq, indi verilən antibiotiklər ilə 2.5 kiloqram olur,


-Əslində 115 günə kəsilməli olan toyuq, 42 günə kəsilməli olur,


-Toyuqların bir kilo kökəlməsi üçün, atmosferə 2.35 kq karbon qazı buraxılır və 4 ton su sərf olunur,


-Dünyadakı əkinə yararlı sahənin 3-dən 1-i heyvandarlıq üçün istifadə edilir. Meşələrin 5-dən 1-i yem istehsal etmək üçün yox edilib,


-Bu məqaləni oxuduğunuz 2 dəqiqədə 4200 toyuq kəsilib və ərzaq kimi sizin alış-veriş etdiyiniz marketlərə yol almağa başlayıb.


Greenpeace-in nümayəndəsi Tarık Nejat Dinç bildirib ki, heyvandarlıq sənayesi bir qrup qlobal şirkətin nəzarətindədir. Toyuqlar geni dəyişdirilmiş (GMO) yemlər ilə (əsasən soya) bəslənir.


"Toyuq sənayesi ötən əsrdən qalma üsullarla çalışır. Halbuki, istehlakçılar artıq bu köhnəlmiş üsulu qəbul etmir. Əgər toyuq sənayesi ən çirkli və zərərli sənayelər siyahısından çıxmaq istəyirsə, istehlakçıların və planetin ehtiyaclarına cavab verəcək şəkildə özünü sürətlə dəyişdirmək məcburiyyətindədir" - o deyib.


Quşçuluq sənayesində istifadə olunan antibiotiklərə diqqət çəkən Tarık Nejat Dinç,"Quşçuluq sənayesində antibiotiklər cücələrin sürətli böyüdülməsində əsas rol oynayır. Həmçinin antibiotik vurulan toyuqlar 20 dəqiqədə bişir. Əsl toyuq isə 2 saatdan tez bişmir" deyə bildirib.


"Greenpeace" bildirir ki, toyuqların böyüdülməsində istifadə edilən antibiotiklər, həmin toyuqları yeyən insanların bədəninə keçir və bu da sağlamlıq üçün təhlükəlidir

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs