Əlaqə Arxiv
news Image
2016.05.13
15:15
| A A A
Şəhidlərimizin orden və medalları Şəmkirdə ailələrinə təqdim edilib

Azərbaycan Silahlı Qüvvələrinin aprelin əvvəlində düşmən hücumunun qarşısının alınması zamanı şəhid olan hərbçilərinin ölümlərindən sonra təltif olunduqları orden və medallar Şəmkirdə ailələrinə təqdim olunub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bununla bağlı bu gün Şəmkir rayon İcra Hakimiyyətində mərasim keçirilib. Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin artan gücündən söz açıb, ordu və xalq arasında möhkəm birlik olduğunu bildirib. Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani düşmən təcavüzünün qarşısının alınması zamanı ordumuzun şəxsi heyətinin göstərdiyi şücaəti qeyd edib. Bildirib ki, prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Şəxsi heyətin döyüş ruhu və hərbi qüdrəti bu vəzifəni yerinə yetirmək iqtidarındadır. 

Şəhid polkovnik Vüqar Yusifovun təltif olunduğu üçüncü dərəcəli "Vətənə xidmət" ordeni atası Nurəddin Yusifova, şəhid hərbçilər Təbriz Əsgərov, Vüsal Əliyev, Altun Dəmirli və Nurlan Qasımovun təltif olunduqları "Hərbi xidmətdə fərqlənməyə görə" medalları valideynlərinə təqdim edilib.

Sizin Reklam Yeriniz