news Image
2016.05.13
17:19
| A A A
Bakcell-dən daha bir yenilik

iPhone istifadəçiləri olan Bakcell abunəçiləri üçün "Instagram"dan pulsuz istifadə imkanı yaranıb.

Şirkətdən Movqe.az-a verilən məlumata görə, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda bənzəri olmayan internet təklifləri ilə abunəçilərini sevindirməyə davam edir. Şirkət iPhone istifadəçiləri üçün pulsuz Instagram

xidmətini istifadəyə verdiyini elan edir. Bir müddət öncə Bakcell Novruz hədiyyəsi kimi Pulsuz Facebook və Klass tarifində olan abunəçilər üçün pulsuz Whatsapp kimi müxtəlif innovativ data təkliflərini təqdim edib. İndi iPhone mobil telefonlarına sahib olan bütün Bakcell abunəçiləri xüsusi sərfəli iPhone paketləri daxilində Instagram xidmətindən pulsuz istifadə etmək imkanı qazanacaqlar. Yeni iPhone paketləri əsas internet paketindən və abunəçilərin öziPhone mobil telefonlarında istifadə edə biləcəyi xüsusi bonusdan –"Instagram"dan istifadə etmək üçün əsas internet paketinin həcminə bərabər olan

həcmdə pulsuz trafikdən ibarətdir.


"Bakcell şəbəkəsində iPhone istifadəçilərinin sayı çoxdur və onların əksəriyyəti fəal Instagram istifadəçiləridir. "Bakcell"in "Daha yaxın olaq" fəlsəfəsinə uyğun olaraq, biz çalışırıq ki, abunəçilərimiz yaşadıqları xoş anları öz yaxınları, dostları və ailələri ilə daha çox paylaşmaq imkanına malik olsunlar. Biz inanırıq ki, indi hər bir iPhone istifadəçisi təqdim edilən bu internet paketlərindən özünə ən çox uyğun olanını seçə biləcək. Aylıq istifadə həcmindən asılı olaraq siz təkliflərdən birini seçə və ona uyğun internet paketində "Instagram"dan pulsuz faydalana bilərsiniz", - deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib. iPhone istifadəçilərinin yararlana biləcəyi yeni paketlər üstünlükləri və aktivləşdirmə kodları ilə birlikdə aşağıdakı cədvəldə göstərilib: iPhone istifadəçiləri üçün


paket Qiymət (ƏDV daxil) Aktivləşdirmə kodu


1GB + 1GB Instagram 6 AZN *134*11# yığın və ya "11" yazıb 5934 qısa nömrəsinə SMS göndərin.


2GB + 2GB Instagram 8 AZN *134*22# və ya "22" yazıb 5934 qısa nömrəsinə SMS göndərin.


3GB + 3GB Instagram 10 AZN *134*33# və ya "33" yazıb 5934 qısa nömrəsinə SMS göndərin.


5GB + 5GB Instagram 12 AZN *134*55# və ya "55" yazıb 5934 qısa nömrəsinə SMS göndərin.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs