news Image
2016.05.13
16:09
| A A A
Ermənilər şəhidlərimizin meyitlərini təhqir edib - Gözü çıxarılıb, qarın boşluğu yarılıb

"Cəbhə xəttində aprel hadisələri zamanı həlak olan Azərbaycan hərbçilərinin meyitləri ermənilər tərəfindən təhqir olunub".

Bunu hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov Milli Məclisdə "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" mövzusunda keçirilən dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın meyitlərinə baxış zamanı meyitlərin təhqir edildiyi məlum olub. Belə ki, onlar öldükdən sonra meyitləri üzərində təhqiramiz hərəkətə yol verilib: "Məsələn, bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib, gözü çıxarılıb, qarın boşluğu yarılıb. Bununla bağlı Tərtər hərbi prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq aparılır".

S.Əhmədov əlavə edib ki, 26-28 aprel tarixində Tərtər rayonu Əksipara kəndi atəşə tutulub: "Kənd ərazisində pambıq sahəsində partlamamış top mərmisi aşkar edilib. Onun zəhərli, 122 mm çaplı top mərmisi olduğu üzə çıxıb. Cinayət işlərinin istintaqı davam etdirilir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs