news Image
2016.05.13
17:09
| A A A
Müəllimindən hamilə qalan qızın atası danışdı: “Dedilər arvadını boşayıb qızımı alacaq”

Şamaxıda müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq 7 aylıq hamilə olan qızın atası danışıb. Movqe.az ölkə.az-a istinadən yeddi aylıq hamilə olan şagirdin atası Nəsimi Əliyevin (ad şərtidir) müsahibəsini təqdim edir:


- Nəsimi bəy, məlum məsələ ilə bağlı haralara müraciət etmisiniz?


- Polis, prokurorluq, məhkəmə, Prezidentə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik xidmətinin rəhbəri Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova, Respublika prokuroruna müraciət etmişəm.


- Sizin əsas tələbiniz nədir? Bu oğlanın həbs olunmağını istəyirsiniz, yoxsa qızınızla ailə qurmağını?


- Lazımi yerlərə sözümü demişəm. Ona ağır ciddi cəza verilməsə, özüm onu öldürəcəyəm.


- Qızınız indi haradadır?


- Bibisigildədir.


- Əvvəldən bu müəllimi tanımısınız?


- Hamı kimi mən də balamı məktəbə yollamışam.


- Orada göstərilir ki, yeddi aylıq hamilədir. Bu dövrə qədər siz bunu hiss etməmisiniz?


- Heç kim hiss etməyib. Kim istəyər ki, balası bu yola gəlib çıxsın.


- Amma hər halda yeddi aylıq hamiləliyi hiss etmək olardı. Bu qızdan savayı neçə övladınız var?


- Evdə xəstə anamdır, iki balaca övladım da var.


- Bu söhbətin üstü açılandan sonra qızınızı görmüsünüz?


- Anası görüb, mən yox. Anası dünən gəlib yanından.


- Oğlan desə ki, bu xanımla ailə qurmaq istəyirəm, bağışlayarsınızmı?


- Xeyr, o, mənim düşmənimdir. Onun atası və qohum-əqrəbası gəldi. Bizim başımızı yastığa qoydular ki, yoldaşını boşayıb, bu qızı alacaq. Mən də maraqlandım, arvadı da yanındadır, uşaqları da.


- Bu müəllimin neçə yaşı var?


- Otuzdan yuxarı olmalıdır.


- Şamaxıdandır, yoxsa, təyinatla gəlib?


- Qapı bir qonşumdur bu biqeyrət. Aramızda bir ev var. Çox pis ailədirlər.


- Atasıgil gəlmişdilər ki, guya qızınızla ailə quracaq?


- Yalandan gəlib ağlayıb, başımı yastığa qoyurdular. Amma yalan deyirmiş. Mən də nə zülmlə bala böyütmüşəm. İnsanın namusuna toxunmaq bilirsiniz də nə deməkdir?


- Aydın məsələdir. Ekspertiza rəy verib ki, qız bakirədir.


- Onu pulla elətdiriblər. Bu barədə də lazımi orqanlara şikayətimi vermişəm. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs