news Image
2016.05.13
16:22
| A A A
“Region gənclərinin inkişafına dəstək” proqramı başlayıb

Gənclər üçün Təhsil Mərkəzi bu günlərdə Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən Quba və Ağcabədi rayonlarında "Region gənclərinin inkişafına dəstək" layihəsinin icrasına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi layihənin əsas məqsədi regiongənclərininhərtərəfli inkişafına, ictimai fəaliyyətlərə cəlb olunmalarına, təşəbbüskarlıqlarının artırılmasına kömək etmək, habelə onların müxtəlif ideyalarının layihə və proqramlar şəklində reallaşdırılmasına dəstək verməkdir. Layihənin icrası üçün Mərkəzin adları qeyd olunan regionlardakı ofislərində müvafiq yer ayrılmış, zəruri hazırlıq işləri həyata keçirilmişdir.

Minlərlə gənci əhatə edəcək layihə çərçivəsində region gəncləri üçün qeyri-formal təhsil təlimləri ilə yanaşı, "davos" formatında toplantılar, "şənbə görüşləri", müxtəlif sosial tədbirlər, o cümlədən yarış və müsabiqələr təşkil olunacaqdır. 

Digər fəaliyyətlərlə yanaşı, region gənclərinin kiçik həcmli təşəbbüslərini dəstəkləməkvə maraqlıideyalarının üzə çıxarılması məqsədi ilə ideya yarmarkaları da təşkil olunacaq. İştirakçı gənclər təqdimatlar şəklində özideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrininqarşısında təqdim edəcəklər.Ən çox səs toplayan ideyalar Mərkəz tərəfindən mükafatlandırılacaq və onların icrasına şərait yaradılacaq.

Layihənin səmərəliliyini artırmaq, o cümlədən layihə icraçılarına könüllü dəstək vermək üçün hər bir regionda Gənclərin İnkişaf Klublarıyaradılacaq. Burada gənclərin iştirakı ilə struktur formalaşacaq, işprinsipi müəyyən ediləcək. Klublar layihənin davamlılığının təmin edilməsi üçün zəruri işləri həyata keçirəcək.

Qeyd edək ki, hədəf ərazilərindən biri 2016-cı il il "Avropa Gənclər Paytaxtı" seçilmiş Gəncə şəhəri olduğuna görə, layihə çərçivəsində burada digər irimiqyaslı tədbirlərin təşkili də nəzərdə tutulur.   



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs