news Image
2016.05.14
19:30
| A A A
Bakının mərkəzi hissəsi səhərədək bağlı olacaq

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.


Şirkətdən verilən məlumata görə, hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunur. Bu səbəbdən Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə qədər olan hissə mayın 14-ü saat 20:00-dan etibarən mayın 15-i səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.


Əməliyyat şirkəti şəhər sakinlərindən xahiş edir ki, iş prosesi ərzində bu küçədə avtomobillərini saxlamasınlar. Əks halda işin gedişatına mane olan avtomobillər ərazidə olan Dövlət Yol Polisi əməkdaşlarının göstərişi ilə evakuasiya olunacaq.


Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.trend

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs