Əlaqə Arxiv
news Image
2016.05.16
10:40
| A A A
ADNSU ilə AMEA NKPİ arasında əməkdaşlıq müqaviləsi bağlanıb

Mayın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyası Neft Kimya Prosesləri İnstitutu (AMEA NKPİ) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. İmza mərasimi ADNSU-nun rektoru, professor Mustafa Babanlı və NKPİ-nin direktoru, akademik Vaqif Abbasov tərəfindən aparılıb. Universitetin rektoru, professor Mustafa Babanlı, proektorlar, dekan və bir neçə müəllim NKPİ-nin laboratoriyaları ilə tanış olub, fikir mübadiləsi aparıb. Müəssisələr arasında bir sıra məsələlərə - Baza kafedrası işinin genişləndirilməsi; Bakalavr pilləsi tələbələrinin institutda sistemli praktikasının təşkili; Magistr hazırlığında birgə iştirak; Elmi və Qrant layihələrinin hazırlanması və birgə icrası; Dərsliklərin və dərs vəsaitlərinin həmmüəllifliklə yazılması və nəşri; Elmi konfransların birgə təşkili; Neft-Kimya Prosesləri İnstitutunun görkəmlli alimlərinin bakalavr və magistr pilləsi tələbələri üçün məharət dərslərinin təşkili və s. toxunulub.

Sizin Reklam Yeriniz