news Image
2016.05.16
11:00
| A A A
ADNSU tələbəsi Beynəlxalq forum-müsabiqədə qalib olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin (KTF) III kurs tələbəsi Mikayıl Əlamdari Rusiyanın Sankt-Peterburq şəhərində "Горный" Milli-mineral-xammal universitetində keçirilən "Yertəkinin istifadəsi problemləri" adlı Beynəlxalq forum-müsabiqədə qalib olub.Qeyd edək ki, 6 ölkə üzrə 14 ali məktəbin qatıldığı forum-müsabiqədə 33 məruzə dinlənilib. Tələbəmiz "Metallurgiya, karbohidrogenlərin fiziki və kimyəvi çevrilmələri" bölməsində çıxış edib və 3-cü yerə layiq görülüb. Azərbaycanın bu forum-müsabiqədə ilk dəfə iştirak etməsinə baxmayaraq, III yeri tutması münsiflər tərəfindən yüksək dəyərləndirilib.Məruzəçilər arasında ən gənc olması ilə də münsifləri təəccübləndirən tələbəmiz sözügedən forum-müsabiqənin yüksək səviyyədə təşkilindən razılı qaldığını deyib və ADNSU-da tələbələr üçün belə bir imkanın yaradılmasına görə universitetin minnətdar olduğunu vurğulayıb.Xatırladaq ki, 2015-ci ilin dekabr ayında ADNSU-da keçirilən Tələbələrin 64-cü Elmi Texniki Konfransında namizədlər arasında fərqlənən KTF-in III kurs tələbəsi Mikayıl Əlamdari və Qaz-neft mədən fakültəsinin IV kurs tələbəsi Emil Şirəliyev bütün xərclərinin universitet tərəfindən ödənilməsi şərtilə Rusiyanın Sankt-Peterburq şəhərində "Горный" Milli-mineral-xammal universitetində keçirilən Beynəlxalq forum-müsabiqədə iştirak üçün ezam olunmuşdular.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs