news Image
2016.05.16
12:00
| A A A
Ukrayna "Eurovision"a vəsait ayırmayacaq

Ukrayna gələn il "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayırmaq niyyətində deyil. Ukraynalılar avropalı investorlara ümid edir.


Movqe.az.az xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk məlumat verib.


"Avropalı mütəxəssislər cəlb etmək lazımdır. Çünki indi Stokholmda tətbiq edilən hədd çox böyük maliyyə yatırımları tələb edir", - deyə nazir bildirib.


Y.Nişuk, həmçinin "Eurovision" mahnı müsabiqəsinə hazırlıq Mədəniyyət Nazirliyi, şəhər meriyası, milli televiziya şirkəti, "Eurovision-2016"nın qalibi Camalanın komandasındakı peşəkarlar tərəfindən həyata keçiriləcək.


Qeyd edək ki, mayın 14-də İsveçin paytaxtı Stokholmda keçirilmiş "Eurovision-2016" finalında Ukrayna təmsilçisi Camala Krım tatarlarının repressiyasına həsr olunmuş "1944" mahnısı ilə müsabiqənin qalibi adını qazanmışdı."Report" 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs