Əlaqə Arxiv
news Image
2016.05.16
16:36
| A A A
6 günlük dərs sisteminə qayıdılır?

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.


Movqe.az bildirir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq deyilib ki, məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. Azərbaycanın bütün orta məktəblərində şagirdlərin beş günlük tədris həftəsi ilə təhsil alması qarşıya qoyulan məqsədlərdəndir.


Qeyd edək ki, yayılan məlumatlara görə, orta məktəblərdə 5 günlük dərs sistemi özünü doğrultmadığından 6 günlük dərs sisteminə qayıdılır. Bunun üçün hətta işlərin sürətləndirildiyi iddia edilir. Səbəb olaraq isə 5 günlük dərs həftəsinin tədris proqramının mənimsənilməsi üçün yetərli olmadığı göstərilir.

Sizin Reklam Yeriniz