Əlaqə Arxiv
news Image
2016.05.16
17:40
| A A A
Azərbaycanda ölüm hallarının ən çox baş verdiyi sahələr açıqlandı

2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti istehsalatla əlaqədar 149 bədbəxt hadisənin tədqiqatını aparıb. Bu barədə Movqe.az-a Xidmətdən məlumat verilib.


Bildirilib ki, bu hadisələr nəticəsində 49 nəfər həyatını itirib, 111 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2014-cü ilə nisbətən bədbəxt hadisələrin sayı 76 hal, bu hadisələr nəticəsində həyatını itirənlərin sayı 41 nəfər, xəsarət alanların sayı isə 72 nəfər azalıb.


Qeyd olunub ki, iqtisadi fəaliyyət üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda, emal sənayesində, nəqliyyat sektorunda və energetika sahəsində baş verməsi müəyyən edilib. Yenə də tikinti sektoru bədbəxt hadisələrin sayına görə birinci yerdə gəlir. Tikinti sektorunda 39 hadisə baş verib və bu hadisələr zamanı həyatını itirənlərin sayı 13 nəfər, xəsarət alanların sayı isə 29 nəfər olub.


Dövlət Xidmətindən bildirilib ki, Azərbaycanda istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün ardıcıl tədbirlər həyata keçirilir.

Sizin Reklam Yeriniz