news Image
2016.05.16
17:50
| A A A
Həyat yoldaşının telefonunu yoxlayan qadınlara ŞOK!

Səudiyyə Ərəbistanında hər şeyə maraq göstərən qadınlar üçün yeni qaydalar tətbiq olunub.


Bundan sonra həyat yoldaşının telefonunu yoxlayan xanımları həbs və ya şallaq cəzası gözləyəcək.


Movqe.az bildirir ki, Böyük Britaniyada nəşr olunan The İndependent qəzeti yazır ki, krallıqda həyat yoldaşının telefonunun yoxlanılması özəl həyatın toxunulmazlığının pozulması kimi qiymətləndirilir. Vəkil Məhəmməd əl-Temyat deyib ki, belə vəziyyətdə qadının taleyi ərinin əlində olacaq. O istəsə, xanımını məhkəmə qarşısına çıxara bilər.


Qeyd edək ki, Səudiyyə Ərəbistanında həyat yoldaşının telefonuna göz gəzdirən xanımların cəzalandırılması məsələsi bu kimi halların hədsiz çoxalması üzündən aktuallaşıb. Bəzən ərəb gənclərin qadınlarına iradları fayda vermədiyindən, onlar məsələnin çözümünü dini dairələrdə axtarıblar. Din xadimləri isə belə qərara gəliblər ki, qadının ərinin özəl həyatına müdaxilə etməsi günahdır və xəbərdarlığa məhəl qoymayan xanımlar cəzalanmalıdırlar./milli.az/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs