Əlaqə Arxiv
news Image
2016.05.16
18:10
| A A A
Vətəndaşların xəstəxanalara qəbulu qaydaları sərtləşdirilib

Səhiyyə Nazirliyi tərəfindən verilən tapşırığa əsasən, aprel ayından Azərbaycanda vətəndaşların xəstəxanalara qəbulu yeni qaydada həyata keçirilir. Movqe.az xəbər verir ki, Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev APA-ya açıqlamasında deyib ki, hələ sovetlər dövründən vətəndaşların böyük və klinik xəstəxanalara qəbul olunması məhz göndərişlər əsasında həyata keçirilib. Bunun təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə aid olmadığını deyən Y.Əliyev qeyd edib ki, bu ənənə bu günə kimi də davam etdirilib: "Son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, ən müasir  avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, burada hətta kompyuter tomoqrafiya, MRT müayinələrin aparılması əsas verdi ki, bu qaydaları bir qədər də ciddi şəkildə yerinə yetirək. Bunun nəticəsində bütün respublikada əhalinin şəhərə axın etməsinin qarşısı alınacaq. Əhali rayonlarda ən yüksək səviyyədə müalicə və müayinə oluna bilər. Təbii ki, elə müayinələr var ki, ona görə mərkəzə gəlmək lazımdır. Məsələn ürəyin anjioqrafiya müayinəsi və digər müayinələr məhz mərkəzi xəstəxanalarda aparılır. Lakin bütün digər hallarda xəstələr rayonlarda müayinə edilərək ilkin diaqnoz qoyulduqdan sonra mərkəzi xəstəxanalara müalicə üçün göndəriş əsasında gələ bilərlər".

 

Y.Əliyev vurğulayıb ki, Bakıda bütün xəstəxanalar təmir edilib, avadanlıqlarla təchiz olunub, burada yüksək səviyyəli mütəxəssislər çalışır. Onun sözlərinə görə, Bakıda belə xəstələrin ilkin müayinəsi və müalicəsi ərazi prinsipi üzrə poliklinikalarda aparılmalıdır: "Əgər hər hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, göndəriş əsasında ərazi üzrə xəstəxanaya yerləşdirilir. Bu gün bu göstəriş tam yerinə yetirilir. Hər xəstəxana özünə aid xəstələri qəbul edir ki, xəstələr saatlarla mütəxəssislərin qapısının ağzında gözləməsin. Ötən ay bu məsələ ilə bağlı nazirlik tərəfindən göstəriş verilib. Hər bir xəstəxanaya tapşırılıb ki, xəstə qəbulu qaydalarında güzəştlər olunmasın və hər bir xəstənin müayinə və müalicəsi qeydiyyatı üzrə aparılsın. Ötən aydan bu iş bir qədər də ciddiləşib".

Sizin Reklam Yeriniz