news Image
2016.05.16
18:30
| A A A
“Camalanın Krım türkünü təmsil etməyə haqqı yoxdur” – DEPUTATLARDAN SƏRT AÇIQLAMALAR

"Kaş ki, o qız (Camala nəzərdə tutulur-S.HƏMİD) qalib gəlməyəydi, belə daha yaxşı olardı. Onun Krım türklərinə nə dəxli var?! O, özü etiraf edir ki, mən erməniyəm və erməniləri sevirəm. Onun Krım türkünü təmsil etməyə haqqı yoxdur. Mən "Avroviziya-2016"-nı izləməmişəm. Sadəcə onun bir açıqlamasına baxdım, çox təəssüfləndim ki, o qalib gəlib. Çünki sırf erməni ideologiyasının təbliği ilə məşğul olan bir adam Krım türklərinin adı ilə qalib çıxarılıb".    

        Movqe.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.   F.Mustafa bildirib ki, onun açıqlamaları Azərbaycan üçün ən azı faydalı deyil: "Mustafa Cəmiloğlunun "Bu, bütün türklərin qələbəsidir" fikrini də bölüşmürəm. Heç bir qələbə-filan deyil. Bu, sırf ermənilərin qələbəsidir. Adamın anası erməni də olsa, deyər ki, mən Krım türkü olduğum üçün fəxr edirəm və Krımı təmsil edirəm. Onun haqqını qoruyuram. Belə bir açıqlama verməyib axı… Ermənilər birgə gizli çalışma nəticəsində bu adla öz adamlarını qalib seçdiriblər".   Deputat Azərbaycanda bununla bağlı gedən müzakirələri başa düşmədiyini vurğulayıb: "Bizdə məsələlərə rasional münasibət onsuz da yoxdur. Bu tədbirin Azərbaycan üçün əhəmiyyəti ondadır ki, bayrağımız dalğalanıb, ölkəmiz təmsil olunub. Başqa bir gözlənti də olmamalıdır". Bəzən belə fikirlər gəzir ki, bu tədbir Rusiyaya tərs şillə oldu. F.Mustafa bu fikirləri də bölüşmür: "Yox, Nə şillə?! "Avroviziya"ya adam göndərib qalib gəlmək Rusiyaya şillədir?! Rusiyaya şillə o ola bilər ki, Rusiyanı Krımdan çıxarıb eşiyə atasan. Rusiyaya şillə o ola bilər ki, onu Donbasdan, Qarabağdan çıxarasan. Belə şeylər Rusiyaya şillə deyil. Belə şeylər Rusiya üçün zarafat da deyil".   Milli Məclisin deputatı Zahid Oruc isə bildirib ki, ümumiyyətlə, "Avroziya" ötən əsrin 60-cı illərindən Avropa mədəni istilasının silahsız formada həyata keçirilməsi üsuludur: "Bu il Ukraynanın qalib gəlməsi siyasi qərardır. Yəni Krım tatarları üzərindən siyasət quran Avropanın qərar, beyin və dövlət mərkəzləri nəyi edirsə, onların mədəniyyət klubu və ya ofisi də o mövqeni göstərir.   Yoxsa, Camalənin Krım tatarlarının həyatına, məişətinə və sülh carçısı olma mahnısına və türk dilində nəqarət oxumasına dünyanın sayğısı bu səviyyədə olmayacaqdı, buna şübhəniz olmasın. Çünki bundan əvvəlki dövrdə də verilən qərarlar bəlli mərkəzlərdən həmin dediyimiz siyasi və mədəni təsirləri yaymaq üçün edilib.   Vaxtilə qalib olmuş Ukraynanın yenə də qalib edilməsinə və Rusiyanın özünə baxın. Ona görə də mən bunun üzərindən sevinən və bunun mədəniyyət aləminə nəyisə təlqin etdiyini düşünənlərə deyirəm ki, o mahnıların hansı biri yadınızda qalıb? Avroviziya tribunasından dünyaya çıxanlar arasında sonrakı dövrdə mədəniyyət aləmində Rəşid Behbudov, Zeynəb Xanlarova, yaxud başqa sənətçilər kimi qalıcı olanlar varmı?! Məncə heç 0,01 faiz də deyil. "Avroviziya" ani epizodik səs-küy effektidir. Qulaqlara gəlir, gənclər üçün ümumdünya hərəkatı rolunda çıxış edir, sonra unudulur gedir, yerini ayrı məsələlərə verir". Qeyd edək ki, mayın 14-də Stokholmun "Globe" arenasında keçirilən "Avroviziya-2016" mahnı müsabiqəsinin qalibi müəyyən edilib. "Eurovision 2016" mahnı müsabiqəsinin birincisi builki təmsilçilər arasında Ukrayna təmsilçisi Camala olub. O, Krım tatarlarının deportasiyasına həsr olunmuş "1944" mahnısını ifa edərək, 534 xalla birincilik əldə edib. Ukrayna 534, Avstraliya 511, Rusiya 491 xalla "Eurovision 2016" mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar. Qalib mahnı ətrafında çoxlu diskussiya aparılıb və müsabiqənin siyasi xarakter daşıdığı bildirilib. - See more at: http://teleqraf.com/news/97574#sthash.QIybwAKk.dpuf

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs