news Image
2016.05.17
12:44
| A A A
Qulaqcıq istifadə edənlərdə karlıq təhlükəsi-Həkim xəbərdarlığı

Movqe.az-ın məlumatına görə,  ÜST-nın hesablamalarına görə eşitmə qabiliyyətlərini qorumaq üçün insanlar gündə bir saatdan çox musiqiyə qulaq asmamalıdır. Audio-pleyerlər,konsertlər və barlar sağlamlıq üçün ciddi təhlükə yaradır. ÜST-nin rəqəmlərinə görə, hazırda dünyada 12-35 yaş arasında 43 milyon adamın eşitmə qabiliyyəti zəifdir və bu hal getdikcə çoxalır. Xüsusi olaraq vurğulanır ki, eşitmə problemlərinin artamasına səbəb akustik terrora məruz qalmağımızdır. 

"Musiqi ruhun qidasıdır", deyiblər. Amma çox yemək kimi musiqiyə də çox qulaq asmağın insana ziyanı böyükdür. ÜST-ün məlumatlarından da göründüyü kimi, müxtəlif pleyer və mobil telefonların geniş istifadə oldunduğu bir vaxtda musiqidən ziyan çəkənlərin sayı da artıb. Əvvəllər musiqiyə qulaq asmaq üçün istifadə olunan qulaqcıqlar böyük, iri həcmli olduğundan ondan istifadə edənlərə az-az rast gəlmək olardı. Amma son illər pleyerləpin həcminin kiçilməsi, eyni zamanda miniatür qulaqcıqların meydana çıxması onlardan istifadəni daha da asanlaşdırıb. Digər tərəfdən isə mobil telefon istifadəçilərinin artması, üstəlik mobil telefondan internetə çıxış imkanı,

qulaqcıqlarla musiqi dinləyənlərinin sayının fantastik həddə artmasına gətirib çıxardıb. Necə deyərlər artıq qulaqcıqlardan istifadə Azərbaycanda bir növ dəbə çevrilib. ABŞ-da aparılan araşdırmalar təsdiqləyib ki, qulaqcıq vasitəsilə musiqi dinləmək insanın eşitmə orqanları üçün böyük təhlükə törədir. Xüsusilə, yüksək səslə müsiqi dinləməyi sevənlər, risk qrupuna aiddirlər. Yüksək səsli musiqi deyəndə, səsin mümkün yüksəkliyin 80 faizini keçməsi nəzərdə tutulur. Bu səsdə 90 dəqiqə müsiqiyə qulan asan şəxslərin kar olmaq təhlükəsi var. 100 faiz səslə hətta 5 dəqiqə musiqiyə qulaq asmaq da karlığa gətirib çıxarda bilər. Azərbaycanlı həkimlər də qulaqcığın eştimə orqanları üçün zərərli olduğunu təsdiqləyirlər. Səhiyyə Nazirliyinin Ə. D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının şöbə müdiri or cərrah Rəşid Əliyev deyir ki, zəif eşitmə elə patalogiyadır ki, onun səbəbləri həddindən artıq çoxdur: "Ümumiyyətlə qulaqcıqdan davamlı istifadə karlaşmaya, zəif eşitməyə zəmin yarada bilər. Davamlı olaraq qulaqcıqdan musiqi dinləmək birbaşa patalogiyaya gətirib çıxartmasa da, zəif eşitməyə risk faktrı hesab olunur. Günün müəyyən saatlarında qulaqcıqdan istifadə zamanı təbil pərdəsi aktiv şəkildə işləyir. Bu zaman qulaq pərdəsi yorulduğundan, onun funksiyası da pozulur".

R. Əliyev deyir ki, orta qulaqda üç sümükcük var: " Səslər sümükcüklər vasitəsilə sinirlərə ötürülür. Əgər səs davamlı olaraq, eyni zamanda şiddətli olarsa birbaşa eşitməyə ziyan vurur. Səsin gücü artdıqca qulaq pərdəsi daha aktiv şəkildə işləyir. Bu da qulaq pərdəsini loru dildə desək gücə salır. Çünki, qulaq pərdəsi müəyyən məsafədən səsləri qəbul etmək üçündür. Biz isə davamlı şəkildə qulaqcıq taxmaqla yüksək diapazonlu səsləri qulaq pərdəsinə daha yaxın edərək, onu aktiv şəkildə işlədirik. Bu təbii olaraq getdikcə zəif eşitməyə zəmin yaradır".  

R. Əliyevin sözlərinə görə, beləcə qulaqcıqla musiqi dinləmək qulağın bütün hissəslərində-xarici, orta və daxili qulaqda eşitmənin zəifləməsinə gətirib çıxarda bilər:"Məsələn, daxili qulaq xəstəlikləri vaxtı pasiyentlər qulaqdakı küydən, cingiltidən  şikayətlənirlər. Onlar bildirirlər ki, axşamlar belə hallar bir az da artır. Belə şəxslər adi səsləri eşidə bilmir və ya eşitsə də, çətinlik çəkirlər. Bütün bunlar birbaşa eşitmə sinirində olan problemlə bağlıdır. Qulaqcıqla müsiqi dinləmək nəticəsində eşitmə sinirinin funksiyaları pozulur".

Həkimin sözlərinə görə, qulaqcıqdan çox istifadə edən vaxt qulaq qulaqcıqdan gələn tezlikdə səsə həssaslaşır. Başqa sözlə, qulaq qulaqcıq vasitəsilə gələn incə səsə öyrəşir və ətrafdakı digər  çəkir:"Qulaqcıq vasitəsilə ötürülən incə səslər əks təsirə səbəb olur. İncə tezlikli səslər daxili qulaqda sinirlərin pozulması ilə nəticələnir. Uzun müddət qulaqcıqdan istifadə edən şəxslər sonradan incə səsləri 6-8 metrdən eştiməkdə çətinlik çəkirlər. Çünki qulaq belə səsləri daha yaxın məsəfadən eşitməyə öyrəşir. Bu karlaşmanın başlanğıcı sayıla bilər".

Həmsöhbətimiz yetkinlik yaşına çatmayanların mütəmadi olaraq qulaqcıqdan istifadəsinin yolverilməz olduğunu deyir: "Çox təəssüf ki, valideynlər öz övladlarına qulaqcıqdan istifadəni qadağan etmirlər. Müasir dövrdə gənclər daha çox qulaqcıqlardan istifadə etsə də, valideynlər bunun zərəri barədə öz övladlarını yetkinlik dövrdə məlumatlandırıraraq istifadədən çəkindirə bilərlər".

Qeyd edək ki, qulaqcıqdan istifadə son vaxtlar dəbə çevrilsə də, halbuki, peşələri ilə əlaqədar qulaqçıqdan istifadə etmək məcburiyyətində olan əksər müsiqçilər qulacıqdan şikayətçidir. Ümumiyyətlə, dünyada klassik musiqi ifaçısı olan orkestr üzvlərinin hər 3 nəfərdən biri karlıqdan əziyyət çəkir. Sonda bir məsələni də qeyd edək ki, indi mobil telefon istifadçilərinin əksəriyyəti qulaqcıqdan yalnız musiqi dinləmək üçün yox, həm də telefonu qulaya tutmadan danışmaq (hands free) üçün istifadə edirlər. Onlar belə güman edirlər ki, bu yolla həm də telefonun antenasından gələn mənfi şüalanmanın qapşısını almış olurlar. Amma aparılan apaşdırmalar göstərir ki, mobil telefondan bu yolla istifadə edən abonentlərin beyni elektromaqnit şüalanmasına digərlərindən üç dəfə artıq məruz qalır. Başqa sözlə, əllərini işlətməyə ərinənlər həm daha çox şüa qəbul edir, həm də qulaqlarını riskə atırlar.

 

 

 

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs