news Image
2016.05.17
13:00
| A A A
Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilir

"Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Movqe.az-ın məlumatına görə, qanuna təklif olunan əlavəyə əsasən, dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin hərəkətlərindən şikayət edilməsi hallarının əhatəsi artırılır. Belə ki, şikayət verildiyi hallarda, barəsində şikayət olunan hərəkətin dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul ediləcək.  Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Milli Məclisdə cəzaların İcrası Məcəlləsində dəyişiklik edilib. Dəyişikliklə bağlı məlumat verəm parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Məcəllənin 109.2-ci maddənin dördüncü cümləsində "Şikayətin" sözü "Bu Məcəllənin 109.2-1-ci maddəsinə əsasən tənbeh tədbirinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin" sözləri ilə əvəz edilir. Həmçinin Məcəllənin 109.2-1-ci maddəsinə "Şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir" əlavəsi edilir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs