news Image
2016.05.17
13:18
| A A A
Meşələri zəbt edənlər cinayət məsuliyyətinə cəlb olunacaq

Meşə Məcəlləsinə növbəti dəyişiklik edilib. Movqe.az-ın xəbərinə görə, bununla bağlı qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Məcəllənin 79-cu maddəsinin ikinci hissəsindən "inzibati və" sözlərinin çıxarılması təklif olunur: "Yəni, bu dəyişiklik Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə edilir. Belə ki, İnzibati Xətalar Məcəlləsində torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə konkret cəza tədbiri müəyyən edilib".

Millət vəkili Elmira Axundova təklif edib ki, qanun layihəsindən "inzibatı" sözləri çıxarılmasın.  Birinci vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, layihə olduğu kimi qalmalıdır: "Vətəndaş qanunsuz olaraq meşə ərazisindən istifadə edəcəksə, cərimələnəcək. Yox, əgər cərimələnəndən sonra zəbt davam edəcəksə, cinayət məsuliyyətinə cəlb olunacaq. Bu zaman vətəndaş "ağıllanacaq" ki, belə bir iş tutmalı deyildi".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs