Əlaqə Arxiv
news Image
2016.05.17
13:37
| A A A
Bir mənzilin iki nəfərə satılmasının qarşısını alınacaq-Bu qanunla

Milli Məclisin iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib. Movqe.az xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dəyişiklik barədə məlumat verib.

"Qanuna edilən dəyişikliyə əsasən kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir. Sonra dövlət reyestrində qeydiyyata alınır".

Deputat Çingiz Qənizadə isə  bildirib ki, ümumiyyətlə qanunda müəyyən dəyişiklərə ehtiyac var.

"Bu gün MMC, MTK-lar tərəfindən tikilən və ya qeyri-yaşayış binasının layihəsi tam şəkildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsində qeydiyyata alınır. Mənzillər satıldıqca orada qeydlər aparılır. Nəticədə bir mənzilin bir neçə nəfərə satılmasının qarşısı alınır. Bunu reallaşdırmaq üçün qanunun 17-ci maddəsinin işləməsidir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsində də bildirilir ki, bu cür qanuna zidd halların qarşısının alınması üçün 17-ci maddənin tam işlənməsi vacibdir. Bu məsələyə kompleks yanaşılsın, xırda dəyişiklər etməklə mexanizmi işlətmək mümkündür . İnsanların aldadılmasının qaşrısnı almaq mümkündür"

Dəyişiklik səsə qoyularaq qəbul olunub. 

Sizin Reklam Yeriniz