Əlaqə Arxiv
news Image
2016.05.17
13:52
| A A A
Mübahisəli sənəd qəbul olundu-Milli Məclisdə

Parlamentin bu gün keçirilən pelanr iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib. Movqe.az-ın xəbərinə görə, sənəd barəsində məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, saziş tərəflərin aviasiya şirkətlərinə öz ərazisi üzərindən yerə enmədən uçub keçmək, qeyri-kommersiya məqsədləri üçün öz ərazisində dayanmaq hüquqları verir. Saziş ABŞ aviasiya şirkətləri üçün ABŞ-dan kənarda yerləşən məntəqələrdən, ABŞ-dan və aralıq məntəqələrindən keçməklə, Azərbaycanda yerləşən hər hansı məntəqələrə, kənar məntəqələrə, habelə Azərbaycan ilə hər hansı məntəqələr arasında yük daşımaq hüququ verir. Saziş Azərbaycan aviasiya şirkətləri üçün də imkanlar yaradır.   

Bir istiqamətdə və ya gediş-gəliş əsasənda hər hansı tərəfin ərazisində başlayan beynəlxalq çarter daşımalarını yerinə yetirən tərəfin istənilən avsiasiya şirkəti öz ölkəminin və ya digər tərəfin çarter qanunlarına, normalarına və qaydalarına riayət etmək seçiminə malik olacaq.

Əgər bir tərəf özünün bir bir və ya bir neçə aviasiya şirkətinə şərtlər və məhdudiyyətlər tətbiq edərsə, digər tərəfin hər hansı aviasiya şirkətinə bu meyarlar əsasında ən az məhdudlaşdırıcı olan tətbiq edəcək.Deputat Tahir Kərimli isə hesab edir ki, sənəddə kifayətə qədər diskriminasiya xarakterli müddəalar var.Buna görə də ya sənədə dəyişiklik edilməli, ya həmən müddəalar nəzərə alınmadan qəbul edilməli və yaxud da sənədin imzalanmasında imtina edilməlidir. 

Buna cavab olaraq Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, terrorçuluqla bağlı halların qarşısını almaq üçün Sazişdə məhdudlaşdırıcı müddəalar da nəzərdə tutulub.

Deputat Siyavuş Novruzov bildirib ki, sözügedən sazişə qoşulmaq hər iki ölkənin siyasi iradəsindən irəli gələn məsələdir:"Burada siyasi iradədən söhbət gedir. Biz ABŞ-a hava nəqliyyatı ilə bağlı bitərəfli qaydada icazə vermişik. 2011-ci ildə Amerikada terror hadisələri baş verdiyi zaman Azərbaycan Anti-terror koalisiyasına qoşuldu.Bundan sonra ABŞ-ın hərbi və digər aviasiya növləri Azərbaycan  keçməklə müəyyən yüklərin, əhalinin, əsgərlərin daşınmasını həyata keçirirdi. Bu baxımdan hesab edirəm ki, belə bir sazişin bağlanması həm Azərbaycan, həm də ABŞ üçün də çox əhəmiyyətlidir".

Layihə hərtəfəli şəkildə müzakirə olunduğunu deyən millət vəkili onun təsdiqlənməsinin tərəfdarı olduğunu dilə gətirib:

"Hər bir müqaviləyə, sazişdə birtərəfli qaydada etiraz edib, şərt qoymaq olar. Lakin sözügedən saziş iki dövlət arasında olan sazişdir. Azərbaycan bir sıra beynəlxalq sazişlərdə Ermənistanla olan maddələrə qoşulmur və şərt qoyuruq ki, bu məsələlər yerinə yetirilməsə, müqavilədə iştirak etməyəcəyik. Hesab edirəm ki, Azərbaycanın ABŞ-la istər iqtisadi, istər siyasi , istərsə dəstrateji müttəfiqiliyi bundan sonra davam etməli, əməkdaşlığımız daha da genişləndirməliyik. Sözügedən saziş atılan ilkin addımlardan biridir. Düşünürəm ki, biz ABŞ -la digər sahələrlə əlqədar sazişlər də imzalamalıyıq. Hər kəsi layihənin səs verməsinə çağırırıam".

Sənəd səsvermədən sonra qəbul edilib.

Sizin Reklam Yeriniz