Əlaqə Arxiv
news Image
2016.05.17
14:12
| A A A
Şəxsi toxunulmazlığının pozulmasına görə cəza halları artırıldı

Azərbaycan qanunvericiliyində şəxsi həyatın toxunulmazlığının pozulmasına görə cəzalandırmaya səbəb olan halların sayı artırılıb. Movqe.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Yeni layihəyə əsasən, şəxsi məlumatların məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə əldə edilməsi də şəxsi həyatın toxunulmazlığını pozan hal kimi dəyərləndiriləcək. Məqsəd şəxsi həyatın müdaxilədən qorunmasını təmin etməkdir. Hazırkı Cinayət Məcəlləsinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılmasına görə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalar tətbiq edilir. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yeni layihədə təklif edilir ki, eyni əməllər həm vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, həm də məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədilməsi cəzalandırmaya səbəb olacaq. Bu hallara görə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırmanın olması təklif edilir.  Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Sizin Reklam Yeriniz