news Image
2016.05.17
14:06
| A A A
Azərbaycanda qadağan edilən narkotik vasitələrin siyahısı dəyişdirildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısında dəyişiklik edilib. Movqe.az xəbər verir ki, qəbul edilən dəyişiklik "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" qanunda öz əksini tapıb. Dəyişikliyə əsasən Properdian Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısından çıxarılıb. AH-7921, AM-2201, 5F-AKB-48, JWH-015, JWH -018, JWH -122, JWH -210, Oripavin (3-O-dimetiltebain) və UR-144 (fenil sianid 2,4,6-triizopropil) isə Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil edilib. Azərbaycanda dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə 25B-NBOMe (2C-B-NBOMe), BZP-N-benzilpiperazin, 25C-NbomE (2C-C-QBOMe), 25İ-NBOMe (2C-İ-NBOMe), MDPV-3,4- metilendioksipirovaleron, mefedron (4-metilmetkatinon) və metilon (beta-keto-MDMA) daxil edilib.

Hüquq siyasəti və dövəlt quruculuğu komitəsinin sədri Əli Hyüseynli dəyişiklik barədə bildirib ki, son illər ticarət adları "spays" və "bonzai" kimi tanınan bir sıra narkotik vasitələrinin, eləcə də psixotrop maddələrinin ölkə ərazisində yayılmasına və tranzitlə keçirilməsinə cəhdlər göstərilir. Qanun layihəsi səsverəmyə çıxarılarqa qəbul edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs