Əlaqə Arxiv
news Image
2016.05.17
14:18
| A A A
Azərbaycanda pilotsuz uçan aparatlardan istifadəyə icazə verildi

Azərbaycanda məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazə əsasında mülki dövriyyədə olmasına icazə verilib. Movqe.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasının gündəliyinə daxil edilən "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, hazırda siyahıda 17 adda məhsul və avadanlığın adı var. Təklif edilən dəyişikliyə əsasən isə həmin siyahıya məsafədən idarə edilən pilotsuz uçan aparatların adı daxil edilir. Bununla da siyahıda qeyd olunan məhsul və avadanlıqların sayı 18-ə çatır. Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Sizin Reklam Yeriniz