news Image
2016.05.17
13:29
| A A A
3 yaşına qədər uşağı böyüdən analara GÜZƏŞT

Azərbaycanda 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlərə də qısaldılmış iş vaxtı rejimi şamil edilə bilər.

Movqe.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı Əmək Məcəlləsinə yeni dəyişikliyin edilməsi təklif edilib. 

Məcəllənin hazırkı variantına əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və I, II qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. 

Məcəlləyə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən isə qısaldılmış iş vaxtı yuxarıda adı sadalanan kateqoriyadan olan insanlarla yanaşı, 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil olunacaq.Layihədə qeyd edilir ki, belə valideynlər üçün qısaldılmış iş vaxtının müddəti həftə əzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsinə təklif olunan dəyişiklik iş şəraitinin ailə öhdəlikləri ilə uzlaşdırılması üçün onlara qısaldılmış iş vaxtının müəyyən edilməsi və bu zaman əmək haqqının bütöv saxlanılması, uşağa qulluqla bağlı problemlərinin qismən də olsa həll edilməsi məqsədi daşıyır.Deputat Fazil Mustafa təklif edib ki, burada güzəşt 3 yaşa kimi deyil, uşaqların məktəbəqədər dövrü, 6 yaşa kimi tətbiq edilsin. "Bəzi valideynlər var ki, onlar övladlarını bağçaya qoya bilmir.Yaşadığı ərazidə bağça olmur və ya səbəblərdən apara bilmir. Və ya ana övladını təkbaşına böyüdür.O ailələrin vəziyyəti nəzərə alınaraq mətkəbəqədərki dövrə qədər olan uşaqları da bu siyahıya salmağı təklif edirəm. Düşünürəm ki, bu o qədər də böyük xərc tələb etmir və saat fərqi az olur. İş saatına o qədər də mənfi təsir etmir. Bu insanların vəziyyətinin yüngülləşdirilməsi baxımından faydalı olar".

I vitse-spiker Ziyafət Əsgərov isə Fazil Mustafanın bu təklifinə cavab verərərək bildirib ki, bu gün hələ imkanımız buna çatır.

"Xərc tələb etmir dediniz, amma bunu hesablamaq lazımdır. Hələki imkanımız buna çatır".

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs