Əlaqə Arxiv
news Image
2016.05.17
15:21
| A A A
Magistrlərə hərbi xidmətdən möhlət hüququ müzakirədə

"Elm haqqında" qanun layihəsi barədə müzakirələr davam edir. Movqe.az-ın məlumatına deputat Qüdrət Həsənquliyev qeyd edib ki, təhsildə olduğu kimi elmdə də fasiləsizlik təmin olunmalı və magistrlərə hərbi xidmətdən  möhlət hüququ verilməlidir.

"Dövlətin əsas vəzifələrindən biri də bu olmalıdır ki, təhsildə olduğu kimi elmi fəaliyyətdə də fasiləsizlik təmin olsun. Magsitrlərə hərbi xidmətdən möhlət verilməldir.

700 bal toplamış azərbaycanlı gənci aprel döyüşlərində həlak olub. Vətəni qorumaq hər bir azərbaycanlının borcudur. Vətəni təkcə səngərdə deyil, öz sahəsində də müdafiə etmək mümkündür.

Düşünürəm ki, o, gənc elmi sahədə böyük töhfələr verərdi. Təklif edirəm ki, elmi fəaliyyətin davam etdirilməsi üçün magistratura və doktoranturaya qəbul olmuş şəxslər hərbi vəzifədən azad olunmalı, fəlsəfə doktorları isə orduya çağırılmamalıdır. Ermənilərə üstün gəlməyimizin bir yolu da elmin üstün olmasından gedir".

Deputat elm üçün ayrılmış vəsaitin və elmi işçilərin maaşlarının artırılmasına da toxunub. "İqtisadiyyat kreditləşməsə, iqtisadiyyatın inkişafından söhbət gedə bilmədiyi kimi elm üçün vəsait ayrılmasa onun inkişafından da söhbət gedə bilməz. Elmi işçilərin əmək haqqısı artırılmalıdır.

Gənc alimlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Buna görə ehtiyacı olan işçilərə sosial ipotekanın tətbiq edilməsi yaxşı olardı".


Sizin Reklam Yeriniz