Əlaqə Arxiv
news Image
2016.05.18
14:15
| A A A
Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.


Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 


Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti olacaq.


Azərbaycan rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz