Əlaqə Arxiv
news Image
2016.05.18
14:30
| A A A
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yenilik

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilk dəfə olaraq imtahanlar onlayn test formatında keçiriləcək.


Gənclər və İdman Nazirliyindən Movqe.az  verilən məlumata görə, mayın 30-dan etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaz sessiyası başlayacaq.


İmtahan sessiyasında biliyin qiymətləndirilməsinin şəffaflığını təmin etmək məqsədilə akademiyanın tarixində ilk dəfə olaraq imtahanlar onlayn test formatında keçiriləcək. Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiaysında son İKT tələblərinə uyğun avadanlıq, proqram təminatı və yüksəksürətli internet xətti ilə təmin edilmiş xüsusi auditoriya yaradılıb. Bununla yanaşı, bütün fənnlər üzrə sual bankı hazırlanıb.


Tələbələrin imtahana hazırlığını təmin etmək üçün hal-hazırda onlayn test formatında sınaq imtahanları keçirilir. Sınaq imtahanlarında bütün tələbələr iştirak edirlər.


Qeyd edək ki, sessiya zamanı imtahanların şəffaf və qərəzsiz keçilməsinə əmin olmaq üçün tələbələrin valideynləri də bütün imtahan prosesini müşahidə etmək imkanını əldə edəcəklər.

Sizin Reklam Yeriniz