Əlaqə Arxiv
news Image
2016.05.18
16:00
| A A A
800-dən çox hüquqşünas hakim olmaq istəyir

Azərbaycanda hakimliyə namizədlərin seçilməsi üzrə növbəti açıq müsabiqə keçirilir.


Hakimlərin Seçki Komitəsindən Movqe.az-a verilən məlumata görə, 4 aydan çox davam edən hakimliyə namizədlərin sənədlərinin qəbulu zamanı 800-dən artıq hüquqşünas hakim olmaq üçün namizədliyini irəli sürüb. Hazırda onların imtahanlara hazırlaşmalarına köməklik məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlıq kursları keçirilir. Hər həftənin şənbə günləri keçirilən kurslarda hüququn müxtəlif sahələri üzrə aktual məsələlərə dair təcrübəli mütəxəssislər çıxış edir, namizədləri maraqlandıran suallar cavablandırılır.


Hakimliyə namizədlərlə müsabiqənin ilkin mərhələsi olan test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə, cari ilin iyun ayının 9-da keçirilməsi, şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın bütün namizədlər üçün vahid auditoriyada - "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində təşkili nəzərdə tutulur. Test sualları bilavasitə imtahan zalında namizədlərin və müşahidəçilərin iştirakı ilə seçiləcək, cavablar imtahan qurtardıqdan sonra dərhal yerində yoxlanılaraq elan olunacaq.


Test imtahanı ilə bağlı, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair əlavə məlumatlar veriləcək.

Sizin Reklam Yeriniz