news Image
2016.05.19
11:35
| A A A
“Şimal-Cənub” dəhlizində dəmir yolu xəttinin tikintisi üçün Astarada torpaqlar alınacaq

Nazirlər Kabineti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə qərar verib.Movqe.az-ın məlumatına görə, qərara əsasən, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının Astara rayonu ərazisindən keçən hissəsində İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin tikintisi altına düşən 50,44 hektar, o cümlədən dövlət mülkiyyətində olan 0,61 hektar torpaq sahəsinin istifadə hüququnu, Astara, Ərçivan və Rudəkənar bələdiyyələrinin mülkiyyətində olan 8,53 hektar və xüsusi mülkiyyətdə olan 41,3 hektar torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) müəyyənləşdirilib. QSC-yə həmin torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun olaraq, həyata keçirmək, bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etmək və dəmir yolu xəttinin tikintisinə dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan torpaq sahələrinin müəyyən olunmuş qaydada kateqoriyası dəyişdirildikdən sonra başlanılmasını təmin etmək tapşırılıb.Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs