news Image
2016.05.19
13:14
| A A A
Dövlət qulluğu vəzifəsinə daha çox namizədin uğur qazandığı dövlət orqanlarının adları açıqlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi başa çatıb.


Bu barədə Movqe.az-a Komissiyadan məlumat verilib.


Bildirilir ki, 9 fevral, 11 və 18 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 76 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 386 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.


Müsabiqədə iştirak etmək üçün Komissiyada 2426-sı qadın namizəd olmaqla 7332 namizəd qeydə alınıb. Qeydə alınmış namizədlərin 76,54%-ni gənclər təşkil edib. Namizədlərdən 2729 nəfəri (37,22%) test imtahanında iştirak etməyib.


Test imtahanı mərhələsində iştirak edən 4603 namizəddən 33,22%-i qadın, 74,95%-i gənc namizəd olub. Test imtahanı mərhələsini 403-ü qadın namizəd olmaqla 1306 namizəd uğurla başa vurub. Test imtahanı mərhələsini uğurla keçənlərin 79,63%-ni gənc namizədlər təşkil edib. Test imtahanı mərhələsini uğurla başa vuran namizədlərdən


- 565 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;


- 402 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;


- 339 nəfəri 5-ci təsnifat inzibati vəzifəyə iddia edən, lakin vəzifə üzrə keçid balını toplamayan, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edənlərdir.


Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış verilib. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.


Test imtahanı mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:


Dövlət Statistika Komitəsi - qeydə alınmış 2429 namizəddən 364 nəfəri;


Mədəniyyət və Turizm Nazirliyi - qeydə alınmış 1287 namizəddən 208 nəfəri;


Gənclər və İdman Nazirliyi - qeydə alınmış 561 namizəddən 145 nəfəri;


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - qeydə alınmış 603 namizəddən 131 nəfəri.


Qeyd edək ki, müsabiqələrin bu günə kimi keçirilən müsahibə mərhələsində 73 nəfər inzibati dövlət qulluğu vəzifələrinə uyğun bilinib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs