Əlaqə Arxiv
news Image
2017.06.17
12:00
| A A A
Bu ağrılarla hər bir qadın rastlaşır

Süd vəziləri çox incə orqandır. İstənilən hormonal dəyişiklik, hətta yüngül travma, stress süd vəzilərində ağrılara səbəb ola bilər.

 

Movqe.az  bildirir ki, belə ağrılar "mastalgiya" adlandırılır. Qadınların əksəriyyəti bu problemlə rastlaşır. Lakin burada çox diqqətli olmaq lazımdır. Belə ağrılar bəzən çox ciddi xəstəliyin ilk simptomu ola bilər.

 

Süd vəzilərdə ağrıların səbəbləri arasında:

 

- Menstruasiyadan əvvəl qadın orqanizmində baş verən hormonal dəyişikliklər. Süd vəziləri böyüyür, onların həssaslığı artır, ağrılar ola bilər. Bu normal fizioloji haldır.

 

- Hamiləlik. Hamiləlik zamanı qadın orqanizmində çox ciddi hopmonal dəyişikliklər baş verir. Bu dəyişikliklər qadının, demək olar, bütün orqan və sistemlərinə təsir edir.

 

- Menopauza (klimaks). Bu dövrdə də qadınlar süd vəzilərində ağrılar, sıxılma, yanma və s. hiss edə bilər.

 

- Hormonal pozulmalar. Qadın hormonlarının tarazlığının pozulması menstrual dövrünün pozulmasına səbəb olur - menstruasiyalar "gecikir" və ya heç olmur, qısalır və ya əksinə uzanır, qanaxmalar olur və s. Süd vəziləri də bu vəziyyətdə "əziyyət çəkir", onlarda ağrılar, digər xoşagəlməz hisslər əmələ gəlir.

 

- Travma (əzilmə, sıxılma və s.). Süd vəzi travmaları bir çox hallarda ağrılara səbəb olur. Süd vəzi toxuması çox zərifdir və onu zədələmək çox asandır. Süd vəzi travmaları təhlükəlidir. Bu gələcəkdə hətta süd vəzi xərçənginin inkişafına səbəb ola bilər. Bu səbəbdən belə travma alan qadın mütləq mammoloqun müayinəsindən keçməlidir.

 

- Süd vəzi xərçəngi. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, süd vəzi xərçəngi qadınlar arasında ən yayılmış bədxassəli şişlərin növüdür.

 

- Xroniki stresslər zamanı qadın süd vəzilərində ağrılar hiss edə bilər.

 

- Mastopatiya. Bu ən yayılmış səbəbdir. Mastopatiya süd vəzi xərçənginin riskini artırır. Bu səbəbdən mastopatiyası olan qadın daim mammoloqların nəzarətində olmalıdır.

 

- Qalxanvari vəzi xəstəlikləri, xroniki ginekoloji xəstəliklər də süd vəzilərdə ağrılara səbəb ola bilər.

 

- Bəzən hətta düzgün seçilməmiş, sıx, narahat büsthalter süd vəzilərində ciddi ağrılara səbəb ola bilər.

 

Süd vəzilərdə olan ağrılar sizi tez-tez narahat edirsə, mütləq həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər./saglamolun.az/

Sizin Reklam Yeriniz