Əlaqə Arxiv
news Image
2016.05.19
17:18
| A A A
Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəsi ADNSU-da

Mayın 19-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Erik Somelar "Avropa günü" çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye universitetində seminar keçirib. Avropa Birliyi (AB) ( European Union)haqqında ətraflı məlumat verən E.Somelar bu qurumun 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat olduğunu nəzərə çatdırıb. Məruzəçi qeyd edib ki, formal olaraq 1 noyabr 1993-cü ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə qoyulub. Təşkilatın mənzil qərargahının Brüsseldə yerləşdiyi vurğulanıb. Bildirilib ki, AB yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. Ab-nin Əsas təsis sənədləri, tarixi, Avropa Birliyinin genişlənməsi, Avropa Birliyinin qurumları, Avropa Birliyinin fəaliyyət prinsipləri, İstinadlar, Xarici keçidlər və sair məsələlər barədə danışan AB nümayəndəsi, Azərbaycanla qurulan əməkdaşlıq əlaqələrinə də diqqət çəkib. 

Seminarda vurğulanıb ki, Avropa Birliyi sülhü qorumaq, iqtisadi və sosial irəliləməni təmin etmək məqsədilə toplanmış 28 Üzv Dövlətdən ibarətdir. 

Avropa İttifaqı 1995-ci ildə ilk fəallarının xatirəsinə tikilmiş bir abidə kimidir; iqtisadi, sənaye, siyasət, vətəndaş haqları və xarici siyasət sahələrini əhatə edən çoxsektorlu bütünləşmənin ən üstün formasıdır. Avropa Kömür və Polad İttifaqını quran Paris Müqaviləsi (1951), Avropa İqtisadi Birliyini və Avropa Atom Enerjisi Birliyiniquran Roma Müqavilələri (1957), Vahid Avropa Sənədi (1986) və Maastrixt sazişi (1992) üzv dövlətləri hegemon dövlətlər arasındakı ənənəvi müqavilələrdən daha möhkəm bir formada bir-birinə bağlayan AB-nin hüquqi təməllərini meydana gətirir. Avropa Birliyi birbaşa tətbiq edilmə imkanı olan bir qanun təşkil etmə hüququna malikdir və vətəndaşları leyhinə xüsusi haqlar təyin edə bilir.

Seminarda qeyd olunub ki, Avropa İqtisadi Birliyi 1957-ci ildə altı Qərbi Avropa dövləti (Almaniya, Fransa, Belçika, Niderland, Lüksemburq və İtaliya) arasında imzalanan "Roma Anlaşması" ilə qurulmuşdur. AİB-nə hüquqən və faktiki olaraq beynəlxalq bir qurum olma gücünü qazandıran Anlaşma 1 yanvar 1958-ci il tarixində qüvvəyə minmişdir. Roma Anlaşması 248 maddə və protokoldan ibarətdir.

AİB-nin ən son hədəfi Avropanın siyasi bütünlüyə nail olmasıdır. Bu hədəfə çatmaq üçün nəzərdə tutulan iqtisadi tarazlığı təmin etmək üçün ilk vasitə olaraq üzv ölkələr arasında malların, xidmətlərin, sərmayənin və əməyin sərbəst hərəkət etdiyi bir ortaq bazar və gömrük birliyi qurulması nəzərdə tutulmuşdur. 

Avropa Komissiyasının tövsiyəsi ilə 31 mart 1998-ci ildə altı ölkə ilə müzakirələrə başlanmışdır: Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Polşa və Sloveniya.

Malta 1996-cı ildə "dondurmuş" olduğu üzvlük müraciətini 1998-ci ilin Oktyabrında yenidən başlatmışdır. Avropa Şurası 1999-cu ilin dekabrında Helsinki Zirvəsində üzvlük müddətinin keyfiyyətini əhatəli şəkildə artırmış və Avropa Komissiyasının tövsiyəsinə əməl edərək altı üzv ölkəylə daha rəsmi üzvlük müzakirələrini başlatmağa qərar vermişdir: Bolqarıstan, Latviya, Litva,Malta, Rumıniya və Slovak Respublikası. Bu altı ölkə ilə müzakirələr 15 fevral 2000-ci ildə rəsmən açılmışdır. Avropa Şurası Helsinkidə Türkiyənin digər üzv ölkələrə tətbiq olunan eyni kriteriyalara görə Birliyə qatılma yolunda bir üzv olduğunu da qeyd etmişdir.

1 may 2004-cü il tarixində 10 yeni üzv ölkənin (Çex Respublikası, Macarıstan, Polşa, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya, Malta və Kipr) AB-yə rəsmən qatılması ilə AB tarixinin ən əhatəli genişlənməsini tamamlamış oldu. Cəmi 378 milyon əhalisi olan AB-nin əhalisi son genişlənmə ilə birlikdə 454 milyona çatarkən; 10 yeni ölkənin qatılmasıyla AB-nin rəsmi dillərinin sayı da 11-dən 20-yə yüksəldi. Avropa qitəsinin tarixi bölünməsini sona çatdıran bu genişlənmə dalğası AB-nin sosial, mədəni, iqtisadi tarazlıqları ilə birlikdə təşkilati dayağını da böyük ölçüdə dəyişdirdi.

Sizin Reklam Yeriniz