Əlaqə Arxiv
news Image
2016.05.20
13:57
| A A A
40 min insan Mehriban Əliyevanın təşəbbüsü ilə azadlığa çıxıb

"Heydər Əliyev Fondu yarandığı gündən bu günə qədər əsas prinspində humanizm siyasəti dayanır. Fonda çox sayda insan üz tutur. Hər kəsə bəllidir ki, fond daim xeyriyyəçilik məqsədli işlərlə məşğu olur".

Movqe.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "28 may- Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında" qərar layihəsinin müzakirəsi zamanı deyib. YAP-ın İcra katibin müavini qeyd edib ki, bugünki amnistiya aktı bir daha Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın həmin ideyalara sadiqliyinin bariz nümunəsidir:

"Bu qərar Respublika gününə həsr olunub. Əvvəllər 7 amnistiya aktı məhz Heydər Əliyevin prezidentliyi dövründə icra olunub. Buna qədər Heydər Əliyev humanist addımlar ataraq ölüm hökmünü ləğv edib. Baxmayaraq ki, ondan öncə hakimiyyətdə olanlar bir çox insanların gülləlınməsinə qərar vermişdilər. Həmçinin bir dəfə də olsun amnistiya aktı qəbul olunmamışdı. Amnistiya aktının şamil olunduğu insanların əhatə dairəsinə baxdıqda bu qərarın necə də təqdirə layiq hal olduğunu vurğulamaq olar". 

S.Novruzov qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən və bu sonuncu amnistiya aktını da ora əlavə etsək Azərbaycanda 110 000 insan həbsdən azad edilib. Onun 40 000-i Mehriban Əliyevanın təşəbbüsü ilə olub.


Sizin Reklam Yeriniz