news Image
2016.05.20
15:56
| A A A
Şəhidin medalları Zaqatalada ailə üzvlərinə təqdim edilib

Zaqatalada Azərbaycan Silahlı Qüvvələrinin ermənilərlə döyüşlərdə şəhid olan hərbçilərinin təltif olunduğu medalların valideynlərinə təqdim edilməsi mərasimləri keçirilib. Rayonun Muxax kəndində və Zaqatala şəhərində keçirilən tədbirlərdə şəhidlərin doğmaları, Müdafiə Nazirliyinin rəsmiləri, Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayonun Muxax kəndində anadan olmuş 19 yaşlı əsgər Rəvan Nurayevin ölümündən sonra müdafiə nazirinin əmri ilə təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı onun anasına təqdim edilib. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət keçən qulluqçusu, Zaqatala şəhərində anadan olmuş 23 yaşlı Sərxan Oqtay oğlu Bayramovun təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı da şəhidin atasına təqdim olunub. Tədbirlərdə Rəvan Nurayev və Sərxan Bayramovun döyüşlərdə əsl qəhrəmanlıq göstərdikləri, Vətənə layiq övlad olduqlarını təsdiqlədikləri vurğulanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs