Əlaqə Arxiv
news Image
2016.05.20
17:35
| A A A
Nazirlik: "Daşqınlar olacaq"

Hazırda Azərbaycanın çaylarında gursululuq dövrü davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, normaya yaxın və normadan artıq sululuq hazırda Böyük və Kiçik Qafqazın çaylarında, normadan aşağı sululuq isə əsasən Naxçıvan Muxtar Respublikasının və Lənkəran-Astara bölgəsinin çaylarında müşahidə olunur. Onun sözlərinə görə, transsərhəd çaylardan Kür, Araz, Qanıx çaylarında isə normadan aşağı sululuq müşahidə olunmaqdadır. A.Verdiyev vurğulayıb ki, ümumiyyətlə, ölkə ərazisində gözlənilən yağışlarla əlaqədar suyun səviyyəsində kəskin artım yoxdur: "Ötən sutka ərzində Kiçik Qafqazın – Quba, Xaçmaz bölgəsindən axan çaylarında suyun səviyyəsində müəyyən dərəcədə artım olub. Hazırda çaylarda sabit sululuq müşahidə olunmaqdadır".

Sizin Reklam Yeriniz