news Image
2016.05.20
19:30
| A A A
Siqaret paketləri üçün yeni qərar

Avropa Birliyi (AB) ölkələrində bu gündən etibarən istehsal olunan siqaret paketlərinin ön və arxa tərəflərinin 65%-i çəkindirici foto və xəbərdarlıqlar ilə örtülməlidir."Marja" xəbər verir ki, AB-nin tütün məhsullarına dair yeni tələbləri bu gün qüvvəyə minib.Tələblərə görə, AB ölkələrində tütün və siqaret paketlərinin üzərinə yerləşdiriləcək çəkindirici şəkil və xəbərdarlıqlar paketlərin ön və arxa tərəflərinin 65%-ini örtmək məcburiyyətində olacaq.Həmçinin siqaret paketlərində istifadəçiləri səhv istiqamətləndirdiyi əsası ilə "yüngül" mənasına gələn "light", "təbii", "organik" ifadələri yazılmayacaq.Siqaret paketləri 10 ədədlik şəkildə satılmayacaq. Yalnız 20 ədəd siqaret olan paketlər şəklində satılacaq. Paket tütünlərdə isə ən azı 30 qram tütün olacaq.Siqaret filtrlərindəki ətir kapsulları bir il ərzində qaldırılacaq. Tütün şirkətləri anbarlarındakı məhsulları 1 il ərzində sata biləcəklar, ancaq yeni məhsulları, yeni standartlara uyğun istehsal etmək məcburiyyətində olacaqlar.Mentollu siqaretlərin satışları 20 May 2020 tarixindən sonra qadağan olunacaq.Tənzimləmə ilə elektron siqaretlərdə istifadə edilən suların nikotin miqdarı 20 milliqramdan aşağı olacaq. Elektron siqaret istehsalçıları satdıqları cihazların üzərinə sağlamlıq xəbərdarlıqları yerləşdirəcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs