Əlaqə Arxiv
news Image
2016.05.22
13:00
| A A A
Supermikroblar hər 3 saniyədə 1 nəfəri öldürəcək

Antibyotiklərə qarşı dözümlü olan bakterialar (superbug) üzərində aparılan araşdırılmalarda mənfi nəticə əldə olunub. Araşdırmalara görə, dərhal müdaxilə olunmazsa bu bakteriyalar 2050-ci ildə dəqiqədə 20 nəfərin ölümünə səbəb olacaq. Bu da ildə təxminən 10 milyon nəfərin ölümü deməkdir.


Movqe.az bildirir ki, 2014-cü ilin iyun ayında başlayan araşdımalardan bu yana 1 milyon insan müxtəlif infeksiyalar nəticəsində həyatlarını itiriblər. BBC-nin səhiyyə üzrə müxbiri Ceyms Q. problemi kifayət qədər antibiotik istehsal olunmamasında görür.


Alimlərin hazırladığı sənəddə, dərmanlara cavab verməyən infeksiyalara qarşı mübarizədə məğlubiyətlə qarşılaşdıqlarını və bu vəziyətin terrordan da böyük təhlükə olduğu qeyd edilib.

Antibiotikə dayanıqlı bakteriaların dünya iqtisadiyyatına 100 tirlyon dollar zərər vuracağı gözlənilir.

Sənəddə çıxış yolu üçün aşağıdaki tövsiyələr qeyd olunub:

* Təcili olaraq dünya üzrə marifləndirilmə aparılmalı;

* Araşdırılmalar üçün 2 milyon dollar büdcəsi olan fond təsis edilməli;

* İnfeksiyaların yayılmasının qarşısını almaq üçün təmiz su təminatını artırmaq, səhiyyə ocaqlarından istifadəni asanlaşdırmaq;

* Əkinçilik və heyvandarlıqda istifadə olunan insan üçün faydasız və zərərli gübrələrin istifadəsini azaltmaq və ya qadağan etmək;

* Yeni antibiotiq hazırlayan şirkətlərə 1 milyard dollar mükafat vermək;

* Dərman istifadəsi əvəzinə peyvənd olunmağa təşviq etmək.

Bu araşdırmanın nəticəsi səhiyyə sahəsində marağa səbəb oldu. Ancaq bu iddialara səbəb olacaq kifayət qədər sübutun olmadığını deyənlər də var.


Milli.Az

Sizin Reklam Yeriniz